"Qan tədarükü 2005-ci ilə qədər 10 tona yaxın idisə, ötən il 44 ton oldu"

22-08-2019, 10:44
Oxunub: 42
"Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir"


"Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi. Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Qan tədarükü 2005-ci ilə qədər 10 tona yaxın idisə, 2018-ci ildə bu, 44 ton oldu".

Report xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, Mehriban Əliyevanın çağırışına cəmiyyət qoşulub, töhfəsini verir: "Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir. İnsanlar təmənnasız qanvermə aksiyasına qoşulurlar. Bu, humanist addımdır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti