Bişkekdə Azərbaycan məktəbinin tikintisinin layihəsi müzakirə edilib

22-08-2019, 11:13
Oxunub: 42
Obyektlərin tikintisi Azərbaycanın vəsaiti hesabına həyata keçiriləcək


Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Bişkek meri Əziz Surakmatov arasında keçirilən görüş zamanı Heydər Əliyevadına parkın və orta ümumtəhsil məktəbinin tikintisi layihəsi müzakirə edilib.

Etatist.com Report-a istinadən xəbər verir ki, bu barədə Bişkek meriyasının Mətbuat xidmətindən məlumat verilib.

Ə.Surakmatov bildirib ki, artıq layihə hazırlanıb, razılaşdırılıb və Azərbaycan tərəfinə təhvil verilib. Salınacaq parkın sahəsi 5,5 hektardır.

Azərbaycan həmçinin 550 yerlik ümumtəhsil məktəbi də tikdirəcək. Meriya məktəbin layihələşdirilməsi və inşası müddətində 2,24 hektar ərazidə olan torpaq sahəsini müvəqqəti istifadəyə verib. Memarlıq-planlaşdırma şərtləri, baş plan və memarlıq-inşaat hissəsi işlənib hazırlanıb, topoqrafik tədqiqat aparılıb.

Obyektlərin tikintisi Azərbaycanın vəsaiti hesabına həyata keçiriləcək.

Xatırladaq ki, 2019-cu il martın 7-də Bişkek şəhər meriyası ilə Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi arasında Heydər Əliyev adına parkın və ümumtəhsil məktəbinin inşasına dair əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti