Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlandı

21-08-2019, 19:46
Oxunub: 51
Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub


Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti