Cavad Zərif: "İran da gözlənilməz addımlar ata bilər"

21-08-2019, 16:55
Oxunub: 58
İran XİN başçısı bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  ABŞ Prezidenti Donald Trampın gözlənilməz siyasətinə cavab olaraq İranın da gözlənilməz addımlar ata biləcəyini deyib.

İran XİN başçısı bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib.

"Qarşılıqlı gözlənilməzlik xaosa gətirib çıxaracaq. Prezident Tramp özü gözlənilməz siyasət yürütdüyü halda digərlərindən bunun əksini gözləyə bilməz". 

 
M.C.Zərif deyib ki, körfəzdəki Ərəb ölkələri Qərb silahlarını almağa milyardlarla dollar xərcləməklə bölgədə təhlükəsizliyə  nail ola bilməzlər: "Körfəzdə heç bir xarici hərbi qüvvə etibarsızlığın və təhlükənin qarşısını ala bilməz", - deyə Cavad Zərif qeyd edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti