Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb

21-08-2019, 16:53
Oxunub: 79
Bu gün axşam saatlarında daha bir qrupun geri qayıtması gözlənilir


Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb.

İlk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İlk qrupda 180 zəvvar Bakıya qayıdıb.

Bu gün axşam saatlarında daha bir qrupun geri qayıtması gözlənilir. 
 
Bütün zəvvarların avqustun 25-dək Azərbaycana qayıtmaları planlaşdırılır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti