Azərbaycanda metanol istehsalı 3,3 dəfə artıb

21-08-2019, 16:48
Oxunub: 66
Avqustun 1-i tarixinə ölkədə 31,9 min ton hazır məhsul ehtiyatı qalıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 232,4 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Etatist.com-a verilən xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 3,3 dəfə çoxdur. Avqustun 1-i tarixinə ölkədə 31,9 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

SOCAR-ın ötən gün yaydığı məlumata görə, Metanol zavodunda istehsal olunan məhsulun 98%-i Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, İsrail və Misirə ixrac olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti