Müəllimlərin işə qəbul mərhələsi davam edir

21-08-2019, 10:30
Oxunub: 63
Bu barədə Təhsil Nazirliyindən bildirilib


Avqustun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər iştirak edir. Müsahibə mərhələsinin üçüncü günündə 747 namizədin iştirakı gözlənilir.

Bu barədə Etatist.com-a Təhsil Nazirliyindən bildirilib.

Müsahibə mərhələsinə indiyədək 1 335 namizəd qatılıb. Müsahibələr avqustun 23-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti