Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20-08-2019, 18:22
Oxunub: 60
"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu"


Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

Report Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə "Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə o, jurnalistlərə bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti