BFB-nin dövriyyəsi 14%-dən çox artıb

20-08-2019, 18:19
Oxunub: 56
Son bir ildə bağlanmış əqdlərin sayı 6,9% artaraq 2940 olub


Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 682,804 mln manat təşkil edib.

Report BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 6,9% artaraq 2940 olub.

BFB-nin dövriyyəsinin 87,4%-i və yaxud 7 585,217 mln manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 15,3% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 20,05% azalaraq 406,063 mln manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 37,5% artaraq 691,524 mln manat olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti