“Şahdəniz” qazının ixracı artıb

20-08-2019, 13:05
Oxunub: 75
Bu ilin yeddi ayı ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 811,8 mln. kubmetr qaz ötürülüb. Bu ilin yeddi ayı ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti