Almazbek Atambayevin həbs müddəti uzadılıb

20-08-2019, 11:52
Oxunub: 83
Məhkəmə iclası Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib


Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Məhkəmə iclası sabiq prezidentin avqustun 8-dən bəri qaldığı istintaq təcridxanasının olduğu Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.

Daha əvvəl A.Atambayevin avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edilsə də, sonra onun saxlanılmasının qanuniliyi məsələsinə baxılması təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti