ABŞ qadağan olunmuş qanadlı raketi sınaqdan keçirib

20-08-2019, 00:01
Oxunub: 85
Sınaq avqustun 18-də baş tutub


Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.

Bu barədə ABŞ-ın müdafiə idarəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Sınaq avqustun 18-də baş tutub.

"Müdafiə Nazirliyi Kaliforniya ştatı, Nikolas adasında adi (nüvəsiz) konfiqurasiyalı yerüstü qanadlı raketin uçuş sınaqlarını həyata keçirib", - deyə məlumatda qeyd olunub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti