Avropa Komissiyasının sədri G7 sammitinə qatıla bilməyəcək

19-08-2019, 19:00
Oxunub: 69
Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto məlumat verib


Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker səhhətindəki problemlərə görə Fransanın Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində iştirak edə bilməyəcək.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto məlumat verib.

Onun sözlərinə görə, AK sədri xəstəxanaya yerləşdirildiyindən və öd kisəsindən əməliyyat olunduğundan sammitə qatılması imkansızdır. "Sədr yaxın vaxtlarda Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Donald Tuska bu barədə məlumat verəcək", -  deyə AK nümayəndəsi qeyd edib.

Qeyd edək ki, avqustun 17-də AK-dan Yunkerin öd kisəsinin götürülməsi üzrə əməliyyat keçirilməsi üçün Avstriyadakı tətilini təcili qaydada yarımçıq qoyduğu bildirilib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti