Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19-08-2019, 15:33
Oxunub: 80
Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub


Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu gün saat 12:00-dək olan məlumata görə, artıq 9 272 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.

Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti