Azərbaycan Gürcüstandan dərman idxalını 3 dəfədən çox azaldıb

19-08-2019, 15:17
Oxunub: 61
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib


Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 459,9 ton dərman vasitələri idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan medikamentlərin ümumi dəyəri 17 905, 3 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələri həcm baxımından 1 118,9 ton və ya 3,4 dəfə, dəyər baxımından isə 2 328,7 min dollar və ya 11,5% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan ümumi dəyəri 20 234 min dollar olan 1 578, 8 ton dərman preparatı alıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti