Bağlar Sukanal İdarəsinin məsul işçisi cəzalanıb

19-08-2019, 12:38
Oxunub: 105
Faktla bağlı Azərsu-nun Bağlar Sukanal İdarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub


Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, faktla bağlı Azərsu-nun Bağlar Sukanal İdarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan "məcburi göstəriş" verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti