Kənd təsərrüfatı naziri Beyləqanda sakinlərlə görüşəcək

19-08-2019, 12:33
Oxunub: 75
İnam Kərimov Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək


Kənd təsərrüfatı naziri İnam Kərimov 23 avqust, saat 10:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Füzuli rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Etatist.com-a verilən xəbərə görə, iyulun 26-da, saat 10:00-da nazir müavini İlham Quliyev İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Saatlı rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-571-61-78), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-318-88-76) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti