700 mindən çox sakin İranı tərk edib

19-08-2019, 11:35
Oxunub: 80
Son bir ildə 714 154 nəfər İranı tərk edib


Son bir ildə 714 154 nəfər İranı tərk edib.

Trend-in məlumatına görə, bu, İranın Əmək, Kooperasiya və Sosial Rifah Nazirliyinin Statistika və Strateji İnformasiyalar Mərkəzinin statistikasında qeyd olunub.

Statistikaya əsasən, İrandan gedənlərin 588 312 nəfəri şəhərlərdən, 122 841 nəfəri isə kəndlərdən gedib.

İrandan gedənlərin əksəriyyəti (52,8%) ailəsinə görə ölkəni tərk edib.

İranı tərk edənlərin 10%-i iş tapmaq, 6,5%-i isə yaxşı iş tapmaq üçün başqa ölkəyə səfər edib.

Ölkədən gedənlərin 302 817 nəfəri (42,6%) iqtisadi baxımdan fəal olub. Onların 234 064 nəfəri (77,3%) işləyən, 68 753 nəfəri (22,7) işsiz olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti