"Qrenlandiya satılmır"

19-08-2019, 11:32
Oxunub: 37
Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib


Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılma ehtimalını istisna edib. “Report” xəbər verir ki, bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qrenlandiya satılmır.

Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.

Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti