Tramp Qrenlandiyanı almaq istəyini rəsmi olaraq etiraf edib

19-08-2019, 11:27
Oxunub: 77
Qrenlandiya hökuməti adanın satılmadığını açıqlayıb


Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bundan əvvəl Qrenlandiyanı Danimarkadan həqiqətən almaq istədiyini etiraf edib. 

Bu barədə Reuters məlumat yayıb.

Qeyd olunub ki, Tramp bunu jurnalistlərin qarşısında çıxışı zamanı rəsmi olaraq etiraf edib.

“Adanın alınması məsələsinə strateji baxımdan maraq göstərirdim. Ancaq bu, gündəmdəki bir nömrəli mövzu deyil" deyə, Tramp əlavə edib. 

Qeyd edək ki, Qrenlandiya hökuməti adanın satılmadığını açıqlayıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti