Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir

19-08-2019, 11:00
Oxunub: 67
Hazırda vəzifədə olan 5 məmura istinadən yazıb


ABŞ Prezidenti Donald Tramp müdafiə sahəsindəki amerikalı səlahiyyətlilərə Venesueladan dəniz yolu ilə mal dövriyyəsinin həyata keçirilməsinə mane olmağı təklif edib.

Bu barədə "Axios" nəşri sabiq və hazırda vəzifədə olan 5 məmura istinadən yazıb.

Məlumata görə, Tramp Bolivar Respublikasının sahilləri boyunca gəmilərin yerləşdirilməsini və bununla da Venesuelanın dənizdən mühasirəyə alınmasını təklif edib.

Mənbələr Trampın fikrini, təxminən, bir il yarım müddətində həyata keçirmək istədiyini qeyd edir.

Ancaq bu ideya Pentaqonda elə də ciddi qarşılanmayıb. (Report) 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti