Əfqanıstan prezidenti "Taliban" radikal hərəkatını ittiham edib

18-08-2019, 15:00
Oxunub: 81
O, özünün "Twitter"dəki səhifəsində yazıb


Əfqanıstan prezidenti Əşrəf Qəni Kabil şəhərində partlayışın təşkilinə görə "Taliban" radikal hərəkatını ittiham edib.

Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Talib"lər günahı özlərindən uzaqlaşdıra bilməyəcəklər, onlar terrorçulara platforma verirlər. Mən amansız hücumu qətiyyətlə pisləyirəm", - deyə dövlət başçısı "Twitter"də yazıb.

Əfqan lideri həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin yaralıların ən qısa zamanda sağalmaları üçün dua edəcəyinə söz verib. Qəni hadisə ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə fövqəladə iclasın çağırıldığını da elan edib.

 

Daha əvvəl radikal qruplaşmanın nümayəndələri hadisədə iştiraklarını təkzib ediblər. Hadisəyə görə məsuliyyət hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 180 nəfər xəsarət alıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti