Şabranda kanalizasiya sistemi partlayıb

18-08-2019, 15:30
Oxunub: 88
Böyük ərazi tullantılar altında qalıb


Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb.

Rayonun ümumi kanalizasiya xəttinin V. Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən təxminən 3 hektar ərazi tullantıların altında qalıb. Bu səbəbdən ərazini üfunət bürüyüb.

Qeyd edək ki, tullantılardan yaranmış gölməçənin suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır.

Sakinlər epidemioloji-gigiyenik qaydaların pozulmasından, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti