Əfqanıstanda partlayış zamanı 11 nəfər həlak olub

18-08-2019, 12:00
Oxunub: 58
Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub.


Əfqanıstanda partlayış törədilib.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Balh əyalətinin Daulat Abad dairəsində qeydə alınıb. Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub.

"Nəqliyyat vasitəsi güclü bomba ilə partladılıb. Biz hətta meyitləri tanıya bilmirik. Ölənlərdən 5-i bir ailənin üzvləridir", - deyə dairənin rəhbəri Məhəmməd Yusuf agentliyə bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti