Sabah havanın temperaturu 37-39 dərəcəyə yüksələcək

18-08-2019, 13:00
Oxunub: 296
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək


Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti°, dağlarda gecə 14-18° isti, gündüz 25-30° isti təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti