“Fitch” Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib

17-08-2019, 14:49
Oxunub: 72
Yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb


"Fitch" Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib.

Report-un yerli bürosu xəbər verir ki, yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb.

“Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib.

Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: “Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”.

“Fitch” Gürcüstanın suveren kredit reytinqini “BB” səviyyəsində saxlayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti