Pakistanda partlayış baş verib

16-08-2019, 21:30
Oxunub: 56
Hələlik bu hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib


Pakistanın Sistan və Bəluçistan əyalətinin paytaxtı Kuetta yaxınlığındakı seminariyada baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 20-dən artıq yaralanan var.

Report “Pakistan Today”a istinadən xəbər verir ki, cümə namazından sonra meydana gələn partlayışda xəsarət alanlar şəhər mülki xəstəxanasına yerləşdirilib.

Şəhər polisinin rəisi Abdülrəzzaq Çima ölənlər arasında seminariya nəzdindəki məscidin imamının da olduğunu bildirib.

Hələlik bu hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti