“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb

16-08-2019, 21:05
Oxunub: 58
Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı “DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Etatist.com-a verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.

Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti