İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

16-08-2019, 18:47
Oxunub: 63
İlham Əliyev bu əlamətdar gündə İndoneziya Prezidentinə ən xoş arzularını yetirib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Etatist.com xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Prezident İlham Əliyev bu əlamətdar gündə İndoneziya Prezidentinə ən xoş arzularını yetirib, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti