Qrenlandiya hökuməti adanın satılmadığını açıqlayıb

16-08-2019, 17:02
Oxunub: 69
“Biz biznesə açığıq, amma satılmırıq”


“Biz biznesə açığıq, amma satılmırıq”.

Report “The Quardian”a istinadən xəbər verir ki, bunu Qrenlandiyanın xarici işlər naziri Ane Lone Bagger ABŞ prezidenti Donald Tramp tərəfindən Danimarkaya bağlı muxtariyyət olan dünyanın ən böyük adasını satın almaq imkanlarına nəzər salmaq barədə köməkçilərinə edilən təklif haqqında “Wall Street Journal”də gedən xəbərə münasibət bildirərkən dilə gətirib.

Qeyd edək ki, sentyabrın 2-3-də Danimarkaya rəsmi səfəri olan ABŞ liderinin bu fikri ortaya atması ilə Qrenlandiyaya sahib olmaqla şimal qütbü bölgəsində hərbi mövcudluqlarını artıra bilib-bilməyəcəkləri məsələsi Ağ Evdə müzakirə mövzusu olmuşdu.

Donald Trampın bu sözləri Danimarkada inanılmaz zarafat, hətta vaxtsız söylənilən aprelin şit zarafatlarından biri olaraq, Qrenlandiyada isə qorxulu fikir kimi qəbul edilərək mövcud rifah düzənini poza biləcəyi barədə şübhələr belə oyandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti