Çində torpaq sürüşməsi baş verib

16-08-2019, 13:45
Oxunub: 60
17 nəfər itkin düşüb


Çində azı 17 nəfər torpaq sürüşməsi nəticəsində itkin düşüb.

Bu barədə "China Daily" qəzeti bildirib. 

Məlumata görə, hadisə Sıçuan vilayətinin cənub-qərb dairəsində, muxtar dairənin Lyanşan-İyskoqo ərazisində, Qanlo rayonunda, çərşənbə günü yerli vaxtla saat 12:44-də baş verib. Belə ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çendu (Sıçuanın inzibati mərkəzi) və Kunmin (Qonşu Yunnanın cənub-qərb əyalətinin inzibati mərkəzi) şəhərləri arasında dəmir yolunun sahəsinə dağılıb.

Dəmir yollarının 70 metri, həmçinin qəza vaxtı ərazidə təmir işləri aparan texniki heyətin onlarla əməkdaşı uçqunlar altında qalıb. Xilasedicilər 11 nəfərin həyatını xilas etməyə müvəffər olublar.

Hadisə yerində 400 xilasedici və 14 texnika işləyir. Axtarış işləri davam edir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti