ABŞ-ın sanksiyaları Rusiyanın neft şirkətlərinin gəlirinə səbəb olub

16-08-2019, 12:52
Oxunub: 55
Dünya bazarında Rusiya neftinə tələbat artaraq bu ölkənin neft şirkətlərinin gəlirlərinə səbəb olub


ABŞ hökumətinin İran və Venesuelanın neft ixracatına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində dünya bazarında Rusiya neftinə tələbat artaraq bu ölkənin neft şirkətlərinin gəlirlərinə səbəb olub.

2018-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayınadək müddət ərzində "Urals" markasının "Brent"ə nisbətinin son beşillik orta səviyyəsinə nisbətən artımı nəticəsində Rusiyanın neft şirkətləri azı 905 milyon dollar əlavə gəlir götürüb.

Rusiya neftinə marağın artmasına rəvac verən amillər arasında OPEC üzv və tərəfdaş ölkələrində hasilatın azalması da göstərilir. Nəticədə "Brent markasına nisbətən ucuz sayılan "Urals" markası artıq bu ilin yanvar ayından etibarən daha baha qiymətə satılmağa başlayıb". (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti