Bu il Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 2,5% artıb

16-08-2019, 12:00
Oxunub: 57
Əhalinin hər nəfərinə düşən ÜDM 4 499,5 manata bərabər olub


Bu ilin yanvar-iyul aylarında ölkədə 44 473,1 mln manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 4 499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3%, neft-qaz sektorunda isə 1,9% artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti