Tramp tezliklə Çin rəhbəri ilə telefonla danışacaq

16-08-2019, 03:07
Oxunub: 62
"Bizim ən yaxın vaxtda danışığımız planlaşdırılıb"


ABŞ prezidenti Donald Tramp bildirib ki, tezliklə Çin Xalq Respublikasının sədri Si Çzinpinlə telefonla danışacaq.

Bu barədə Report RİA "Novosti"yə istinadən xəbər verir.

"Bizim ən yaxın vaxtda danışığımız planlaşdırılıb", - deyə o jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, ticarət "müharibəsi" nə qədər uzun müddət davam edirsə, ABŞ iqtisadiyyatı da o qədər möhkəm olur. O, bununla yanaşı hesab edir ki, ticarət müharibəsi uzun müddət davam etməyəcək.

ABŞ və Çin arasında ticarət münaqişəsi avqustun ilk günlərində - Donald Trampın 1 sentyabrdan Amerikanın Çinin 300 milyard dollarlıq mallarına 10% rüsum tətbiq etmək niyyətini açıqlamasından sonra kəskinləşib. 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter" vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti