Paşinyan iki müşavirini istefaya göndərib

15-08-2019, 17:38
Oxunub: 60
Baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb


Ermənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.

Report xəbər verir ki, hökumətin rəsmi saytında yerləşdirilən məlumatda belə bir addımın səbəbləri açıqlanmır.

Qeyd edək ki, uzun müddət ərzində Xarici İşlər Nazirliyində Yaxın Şərqlə bağlı çalışmış A.Qasparyan 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan nümayəndə heyətinin üzvü olub. Əvvəlki komandada uzun müddət təmsil olunmuş A.Qəribyan isə 2008-2011-ci illərdə baş nazir Tiqran Sarqsyanın, sonra isə “məxməri inqilab”adək Serj Sarqsyanın baş müşaviri işləyib.

Bununla yanaşı, baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti