Con Bolton: "Şimali Koreya ilə danışıqların bərpasına ümidvarıq"

15-08-2019, 10:00
Oxunub: 46
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton müsahibəsində bildirib


"ABŞ hökuməti Şimali Koreya ilə danışıqların işçi səviyyəsində tezliklə bərpasına ümid edir".

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton müsahibəsində bildirib.

"Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Koreya Respublikası sərhədindəki silahsız bölgədə Donald Tramp ilə Kim Çen In arasında görüşdən sonra KXDR ilə aramızda işçi səviyyəsində mahiyyətcə danışıqlar olmayıb. Bunların tezliklə yenidən başlayacağına ümidvarıq. Gerçək məsələ Şimali Koreyanın öz nüvə silahlarından və çatdırma vasitələrindən imtina etməyə dair konkret strateji qərar verib-verməyəcəyidir", – Ağ ev rəsmisi deyib.

O, belə bir qərar müqabilində Şimali Koreya üçün geniş iqtisadi imkanların açılacağına işarə vuraraq söyləyib ki, onların üzünə daha yaxşı həyatın qapısı açılıb, amma KXDR hökuməti bu qapıdan keçməlidir, bunu hələ etməyib.

Şimali Koreyanın bu günlərdə keçirdiyi raket sınaqlarına toxunan ABŞ prezidentinin müşaviri bunun Kim Çen In tərəfindən ABŞ Prezidenti Donald Trampa verdiyi vədlərə zidd olmasa da, yarımadada baş verənləri izləyənləri narahat etdiyini dilə gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti