“Dəniz kuboku - 2019” müsabiqəsinin yekun mərhələsi icra edilib

14-08-2019, 20:36
Oxunub: 37
Avqustun 15-də “Dəniz kuboku - 2019” müsabiqəsinin mükafatlandırma və bağlanış mərasimi keçiriləcək


“Dəniz kuboku - 2019” müsabiqəsinin “Dəniz hazırlığı” üzrə mərhələsində gəminin lövbərə və çəlləyə durması tapşırıqları icra edilib.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, beynəlxalq hakimlər briqadasının qərarına əsasən bu mərhələ üzrə Rusiya 40 balla birinci, Azərbaycan 38 balla ikinci, İran 36 balla üçüncü, Qazaxıstan komandası isə 14 balla dördüncü yerə layiq görülüblər.

Avqustun 15-də “Dəniz kuboku - 2019” müsabiqəsinin mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

“Dəniz kuboku - 2019” müsabiqəsinin yekun mərhələsi icra edilib

 

“Dəniz kuboku - 2019” müsabiqəsinin yekun mərhələsi icra edilib

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti