Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

14-08-2019, 14:47
Oxunub: 60
Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlayır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti