Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

14-08-2019, 16:25
Oxunub: 40
İmtahanda 245 namizəd iştirak edəcək


Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün növbəti test imtahanının vaxtı açıqlanıb.

Etatist.com xəbər verir ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, sentybarın 8-də ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.

Kollegiyadan bildirilib ki, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti