“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

14-08-2019, 13:51
Oxunub: 68
Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci yerdə qərarlaşıb


“Dəniz kuboku - 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.

“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

 

“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti