"Hindistan Kəşmirin demoqrafik mənzərəsini dəyişdirməyə çalışır"

14-08-2019, 13:14
Oxunub: 57
"Bu siyasət Hindistanın özündə belə tənqid olunur”


"Pakistan Cəmmu və Kəşmirdəki son hadisələri BMT-nin gündəminə çıxaracaq".

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

"Bu gün həm müstəqilliyimizin ildönümünü, həm də kəşmirlilərlə birliyimizi qeyd edirik. Bildiyiniz kimi, Kəşmir xalqının müqəddəratını təyin etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Hindistan bu qətnamələri yerinə yetirməkdən boyun qaçırır. Kəşmirdəki hadisələr bölgənin statusunu və demoqrafik mənzərəsini dəyişdirməyə yönəlib”, - səfir deyib.

O, Kəşmir hərəkatı liderlərinin hazırda həbsxanada yaxud ev dustaqlığında saxlanıldığını vurğulayıb: “Hindistan bölgəyə 38 min əsgər yeridib. Doqquz gündür Kəşmirdə komendant saatı tətbiq olunub, əhali ətraf dünyadan təcrid edilmiş vəziyyətdədir. Bu siyasət Hindistanın özündə belə tənqid olunur".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti