Bu gün iki rayonun qaz təchizatı dayandırılır

14-08-2019, 11:38
Oxunub: 66
Bu gün saat 10:00-dan 18:00-dək bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq


Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində SOCAR-ın Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti