İtalyan astronavtı kosmosdan konsert verəcək

13-08-2019, 12:00
Oxunub: 244
Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək


İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ" olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinə (EKA) istinadən "RİA Novosti" agentliyi bildirib.

Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

Daha əvvəl Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti