Nikolas Maduro yeni nazirlik yaradıb

13-08-2019, 08:00
Oxunub: 73
Venesuela prezidenti Turizm və Xarici Ticarət üzrə Nazirliyin yaradıldığını elan edib


Venesuela prezidenti Nikolas Maduro yeni idarənin - Turizm və Xarici Ticarət üzrə Nazirliyin yaradıldığını elan edib.

Bu barədə o özünün "Twitter"dəki hesabında yazıb.

"Mən yeni Turizm və Xarici Ticarət üzrə Nazirliyi yaratdım və Feliks Ramon Plasensia Qonsalesi onun rəhbəri vəzifəsinə təyin etdim, hansı ki, Venesuelada turizmin inkişafına və beynəlxalq sərmayələrin cəlb olunmasına təkan verilməsinə cavabdehlik daşıyacaq", - deyə Venesuela lideri bildirib.

O, həmçinin Təhsil, Gender Bərabərliyi, Sənaye, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərində də bir sıra yeni təyinatlar aparıb.

Daha əvvəl Venesuela prezidenti ABŞ tərəfindən tətbiq edilən mövcud sanksiyalar çərçivəsində sosial problemləri həll etmək üçün neft hasilatının artırılmasının zəruri olduğunu bildirib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti