Atambayev dövlət çevrilişinə cəhddə və qətldə ittiham olunur

13-08-2019, 11:00
Oxunub: 78
bu maddələrə görə sabiq prezidentə ömürlük həbs cəzası verilə bilər


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişi həyata keçirməyi planlaşdırmaqda ittiham olunur.

APA-nın verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Orozbek Omupayev mətbuat konfransında deyib.

"Atambayev ölkədə çevriliş etməyi planlaşdırırdı", deyə Opumbayev bildirib.

Opumbayevin sözlərinə görə, keçmiş prezident hakimiyyəti devirmək cəhdlərində mülki vətəndaşların itkisi barədə mediada yayılan məlumatlardan faydalanmaq üçün xüsusi əməliyyat zamanı qadın və uşaqlardan insan sipəri kimi istifadə edib.

Qırğızıstan Baş Prokurorluğun İstintaq fəaliyyəti və istintaq idarəsinin şöbə müdiri Zamir Beyşekev isə sabiq prezidentin qətl və digər ağır cinayətlərdə ittiham olunduğunu deyib: "Atambayevə iğtişaşların təşkili, qətl, adam öldürməyə cəhd, girov götürülməsi və dövlət məmuruna qarşı zor tətbiq edilməsi kimi bir sıra xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunur". 

Qırğızıstan qanunlarına əsasən, bu maddələrə görə sabiq prezidentə ömürlük həbs cəzası verilə bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti