Rusiya qırıcılarının sayı açıqlanıb

12-08-2019, 21:41
Oxunub: 64
Hazırda Rusiya Hava-kosmik qüvvələrinin tərkibində 1,8 min təyyarə var


Hazırda Rusiya Hava-kosmik qüvvələrinin tərkibində 1,8 min təyyarə var.

Trend-in xəbərinə görə, bu barədə "TASS" agentliyi açıq mənbələrə və xüsusi sənədlərə əsasən məlumat yayıb.

Bildirilir ki, Rusiya 800-dən artıq qırıcıya (Су-27, Су-30, Су-33, Су-35, МиГ-29, МиГ-31 və onların modifikasiyası) malikdir.

Bundan başqa Hava-kosmik qüvvələrin tərkibində 200 zərbə təyyarəsi, (Су-34, Су-24М və modifikasiyaları), 200-dən artıq hücum təyyarəsi (Су-25), təxminən 150 təlim-məşq təyyarələri (Як-130 və s.), 70 strateji bombardmançı (Ту-95 və Ту-160) və 40-dan artıq Ту-22М3 bombardmançı təyyarə var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti