Nardaranda 4 nəfərin batması ilə bağlı cinayət işi açılıb

12-08-2019, 11:00
Oxunub: 41
Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib


Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb.

Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 10-da həmin ərazidə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin isə axtarışları davam etdirilib və avqustun 12-də tapılıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti