Soçidə Azərbaycan və İran prezidentləri arasında görüş olacaq

11-08-2019, 15:31
Oxunub: 49
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək


İran Prezidenti Həsən Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

"Report" xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib.

Onun sözlərinə görə, H. Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə edəcək.

O, həmçinin Soçi sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti