FHN dənizdə daha 5 nəfəri xilas edib

11-08-2019, 11:00
Oxunub: 317
"Vətəndaşları ehtiyatlı olmağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq"


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinə və şəhərin qonaqlarına müraciət edib.

Bu barədə BŞİH-dən məlumat verilib.

Müraciətdə deyilir: "Bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq.

Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti