Komandaların nümayəndələri “Dəniz kuboku-2019”un keçiriləcəyi ərazi ilə tanış olublar - VİDEO

2-08-2019, 19:22
Oxunub: 218
Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib


Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, komandaların rəhbər heyəti ilə müsabiqənin keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat da keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti